Narkotik vasitənin təsiri altında avtomobil idarə etdi, saxlanıldı

16.01.2025

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb olunub.

Bu barədə Metbuat.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Kia" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Ş.Mustafayevə “saxla” işarəsi verilib. Araşdırma zamanı onun narkotik vasitənin təsiri altında və sürücülük hüququ olmadan avtomobili idarə etdiyi aşkarlanıb.

Ş.Mustafayev barəsində protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən cərimə inzibati tənbeh tədbiri tətbiq olunub.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью