Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan əsilli türk aktyor Doğukan Güngörun narkotik maddə testi pozitiv çıxıb.
OLAY yazır ki, bununla bərabər Doğukan 4 sezondur rol aldığı “Kızılcık şerbeti” serialının heyətindən çıxarılıb.
“Show” TV narkotik maddə istifadə edən aktyoru ekrana çıxarmayacağını bildirib.
Layihədən Doğukanın səhnələri çıxarılıb, yeni “Fatih” üçün axtarış başlayıb.