Narkotikə görə övladlarını satan ana həbs olundu

06.11.2026

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

İspaniya polisi Estremadura şəhərində uşaq alveri ilə məşğul olan cinayətkar dəstəni zərərsizləşdirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, həbs olunan 6 nəfərdən biri qadındır.

Araşdırma zamanı aydınlaşıb ki, qadın dünyaya gətirdiyi övladlarına sənəd almayıb.  Narkotik asılılığı olan ana bir neçə övladını qrup üzvləri vasitəsilə satıb. Buna görə ona çatmış 5 min avro civarında pulu isə narkotik maddələrə xərcləyib.

Qadının neçə övladını satdığı bəlli deyil. Ehtimal olunur ki, onların sayı azı dörddür.

Polisin versiyana görə, satılmış uşaqlar portuqaliyalı ailələrə verilib. Bu isə ona görə edilib ki, uşaqlar İspaniya qalmasınlar və tapılmaları çətin olsun.

L Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью