“Narkotikə yox deyək!” adlı maarifləndirici tədbir keçirilib

23.05.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisad Kollecində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Narkotikə yox deyək!” adlı tədbir təşkil edilib.

Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasının İşçi qrupundan məlumat verilib.

Bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb

Tədbirdə çıxış edənlər narkotiklərin insan sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və cəmiyyətin sosial-iqtisadi inkişafına ciddi zərbə vurduğunu bildiriblər. Həmçinin narkomaniya ilə mübarizədə barışmaz mövqe sərgiləməyin, profilaktik tədbirlərin gücləndirilməsinin və aidiyyəti qurumlar arasında əlaqələndirilmiş fəaliyyətin vacibliyini qeyd ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью