Narkotiki Azərbaycana keçirmək istəyən iranlı saxlanıldı

13.08.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Axar.az-a verilən məlumata görə, Xidmətin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqram 490 qram narkotik vasitə marixuana və 1810 psixotrop tərkibli Metadon M-40 həbini qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirməyə cəhd göstərən İran vətəndaşı, 1975-ci il təvəllüdlü Ağapur Hüseyn Novruz saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью