Narkotikin satışını təşkil edirdi, polis saxladı

01.12.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Tərtərdə narkotikin satışını təşkil edən şəxsi polis saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Elçin Həsənzadə saxlanılıb.

E.Həsənzadənin rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsiylə məşğul olduğu müəyyən edilib. Onun yaşadığı ünvandan satış məqsədi ilə qablaşdırdığı marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, E.Həsənzadə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью