Narkotikin təsiri altında Ford idarə etdi HƏBS OLUNDU

29.01.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub.

Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən "Ford" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü P.Məhərrəmova “saxla” işarəsi verilib. Araşdırma zamanı onun narkotik vasitənin təsiri altında avtomobili idarə etdiyi aşkarlanıb.

Sürücü barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən P.Məhərrəmov 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью