Narkotikin təsirində olan Hyundai sürücüsü saxlanıldı

10.02.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Qobustan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının  keçirdikləri tədbirlərlə “Hyundai” markalı avtomobilin sürücüsü S.Əliyev  manevr etmə qaydasını pozduğu üçün ona “saxla” işarəsi verilib. 

"Unikal"ın məlumatına görə, yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Nəticədə S.Əliyevin  marixuana istifadə etdiyi müəyyənləşib. 

Həmin şəxs barəsində toplanmış materiallar məhkəməyə göndərilib.

Murad İbrahimli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью