Narkotikin təsirində olan mikroavtobus sürücüsü həbs olundu

15.01.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı mikroavtobusun sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, yoxlama zamanı sürücü Murad Əfəndiyevin narkotik vasitədən istifadə etməsinə əsaslı şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçməsi təmin edilib. Nəticədə həmin şəxsin marixuana istifadə etdiyi müəyyənləşib.

Məhkəmənin də qərarı ilə M.Əfəndiyevin sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla 30 gün inzibati həbs olunub.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью