Narkotiklərin əlbəəl satışını təşkil edənlər TUTULDU: Saxlanılanlar arasında qadın da var FOTO

27.01.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərin paytaxt ərazisində satışını həyata keçirməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Əliş Əliyev, Daşqın Rzayev, Miryusif Abbasov, Yusif Rəhimov, Mahmud Nəzərov və Ülviyyə Aslanova tutulublar.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, onlardan 21 kq marixuana, heroin, metamfetamin və 246 ədəd psixotrop tərkibli həb aşkarlanıb.
Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisində narkotiklərin əlbəəl satışı və qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb və onların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью