Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs ələ keçdi Xəbər saytı Son xəbərlər və Hadisələr

16.01.2025

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər.

Tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum olunmuş 44 yaşlı Fariz Bağırov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxsdən ümumilikdə 6 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, F.Bağırov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью