“Narkozu çox vurdular, 3 yaşlı uşağımın ürəyi partladı” | Icma.az
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir. Biləsuvarda 3 yaşlı Uğur Hacızadə planlı əməliyyata hazırlaşdığı gün həyatını iti
Milli.Az xəbər verir ki, vəfat edən uşağın anası Aydan Hacıyeva Baku TV-yə bildirib ki, onu mətbəxə kilidləyiblər və çöldə baş verənlərdən x
"Başımı aldatdılar, çöldə nə edirdilər, bilmirəm. Çıxandan sonra, saat 8-ə qalırdı, bildim.
Onda da həkim axtardıq, tapa bilmədik, qışqırdım, bağırdım. Əliqismət həkim və yanındakılar ortalığa çıxmadı.
İndinin özündə də yoxdur, qapıya da gəlməyib. Narkozu çox vurdular, uşağımın ürəyini partlatdılar", - deyə ana söyləyib.
Mərhumun nənəsi Hökümə Hacıyeva isə bildirib ki, uşağın sadəcə "qrija"sı olub, başqa heç bir problemi olmayıb: "Uşağı Əliqismət həkim elə özü yoxladı və dedi ki, heç bir problemi yoxdur, "qrija"sı var, sabah gətirin əməliyyat edək.
Uşağa iynə vurulub, götürülüb. 4 saat gözlədik və dedik ki, bu "qrija" nə olan şeydir ki, bu qədər saat çəkir?!
Əl-ayağa düşdük, icazə aldıq ki, yuxarı çıxaq. Sonra babasını çağırıblar ki, uşaq oyanmır.
Tam oxu
Xəbəri oxu