Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.
Təxminən bir futbol meydançası boyda olan “2024 YR4” asteroidi artıq Yer üçün ciddi təhlükə yaratmır.
AZƏRTAC AP agentliyinə istinadla xəbər verir ki, NASA-nın son təhlilinə əsasən, yaxın səkkiz il ərzində göy cisminin Yerlə toqquşması ehtimalı təxminən 0,004 faizdir. Bundan əvvəl NASA asteroidin planetimizlə toqquşma ehtimalının 3 faiz olduğunu proqnozlaşdırmışdı.
Agentlik qeyd edib ki, bu cür dəyişikliklərə səma cisminin davamlı müşahidələri səbəb olur ki, bu da mütəxəssislərə asteroidin trayektoriyasının daha dəqiq modellərini hesablamağa imkan verir.
NASA-nın açıqlamasında deyilir: "Son müşahidələr onun gələcək trayektoriyası ilə bağlı qeyri-müəyyənliyi daha da azaldıb və asteroidin 22 dekabr 2032-ci ildə ola biləcəyi mümkün yerlərin diapazonu Yerdən daha da uzaqlaşıb".
Bununla belə, Ay asteroidin yolunda ola bilər. NASA-nın son məlumatları göstərir ki, burada təsir ehtimalı 1,7 faizdir.
“2024 YR4” ilk dəfə 2024-cü il dekabrın 27-də Çilidəki El Sos Rəsədxanası tərəfindən müşahidə edilib. Parlaqlığına əsaslanaraq, astronomlar onun eninin 130 ilə 300 fut arasında olduğunu təxmin edirlər.