Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Arktika bölgəsində peyklərin hərəkətini daha dəqiq izləməyə imkan verən yeni lazer sistemini işə salıb.
Norveçə məxsus Svalbard arxipelaqında quraşdırılan sistem kosmik obyektlərin mövqeyinin yüksək dəqiqliklə müəyyənləşdirilməsinə xidmət edəcək.
NASA-nın məlumatına görə, yeni texnologiya peyklərdən lazer siqnallarının əks olunması prinsipi əsasında işləyir. Bu üsul onların Yerə nisbətən mövqeyini daha dəqiq hesablamağa şərait yaradacaq.
Layihənin əsas məqsədlərindən biri Yer kürəsinin qlobal koordinat sisteminin dəqiqliyini artırmaqdır. Bu isə peyk naviqasiyasının, geodeziya ölçmələrinin və kosmik müşahidələrin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
S.Rzayeva
XQ