NASA asteroidin Ayla toqquşma ehtimalını yüksəldib

07.06.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

NASA bu yaxınlarda kəşf edilmiş "2024 YR" asteroidinin 2032-ci ildə Ayla toqquşması ehtimalını 4.3 faizədək artırıb.

Oxu.Az xəbər verir ki, bu barədə NASA-nın rəsmi saytında məlumat verilib.

"James Webb" teleskopundan əldə edilən məlumatlar asteroidin 2032-ci il dekabrın 22-də harada olacağı ilə bağlı biliklərimizi demək olar ki, 20 faiz təkmilləşdirib. Nəticə etibarilə asteroidin Ayla toqquşma ehtimalı bir qədər artaraq, 3.8 faizdən 4.3 faizə yüksəlib", - deyə məlumatda qeyd olunur.

Asteroidin Yerə düşmə ehtimalı da var idi, lakin məlumatlar dəqiqləşdirildikdən sonra bu ehtimal 3.1 faizdən 0.004 faizə qədər azalıb.

Mümkün toqquşma səbəbindən Ayın orbitinin dəyişməyəcəyi bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью