NASA astronavtları COP29un açılışı münasibətilə Azərbaycanı təbrik ediblər

12.11.2024

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Dünya liderlərinə qoşulan NASA astronavtları planetimizi qorumaq üçün mühüm əhəmiyyət kəsb edən COP29-un açılışı münasibətilə Azərbaycanı təbrik edirlər.

APA xəbər verir ki, ABŞ-ın ölkəmizdəki səfirliyi bununla bağlı “X” hesabında paylaşım edib.

“Onlar Yer kürəsinin gözəlliyini kosmosdan seyr edərək, bizə gələcəyimizi qorumaq üçün məhz indi hərəkətə keçmək zərurətini daha xatırladırlar”, - paylaşımda qeyd edilib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью