NASA astronavtları COP29un açılışı münasibətilə Azərbaycanı təbrik ediblər

12.11.2024

Icma.az, Azpost portalına istinadən məlumat verir.

Dünya liderlərinə qoşulan NASA astronavtları planetimizi qorumaq üçün mühüm əhəmiyyət kəsb edən COP29-un açılışı münasibətilə Azərbaycanı təbrik edirlər.

ABŞ-ın ölkəmizdəki səfirliyi bununla bağlı “X” hesabında paylaşım edib.

“Onlar Yer kürəsinin gözəlliyini kosmosdan seyr edərək, bizə gələcəyimizi qorumaq üçün məhz indi hərəkətə keçmək zərurətini daha xatırladırlar”, – paylaşımda qeyd edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью