NASA Ay ilə toqquşa bilən 60 metrlik asteroidi göstərdi…

04.04.2025

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

…NASA-nın Ceyms Uebb Kosmik Teleskopu 2032-ci ildə Ay ilə toqquşa biləcək 2024 YR4 asteroidinin şəkillərini çəkib.

SİA xəbər verir ki, bu barədə Webb Kosmik Teleskopunun rəsmi saytında məlumat verilib.

Cohns Hopkins Universitetinin astronomu Endi Rivkin, “tədqiqatın əsas məqsədi 60 metr (200 fut) olduğunu təxmin etdiyimiz 2024 YR4 ölçüsünü təxminən 15 mərtəbəli binanın hündürlüyündə ölçmək idi” deyib.

Rivkin deyib ki, 2024 YR4-ü müşahidə etmək gələcəkdə Yer kürəsini təhdid edə biləcək digər asteroidləri öyrənmək üçün "əvəzolunmaz təcrübə" təmin edib və 2024 YR4-ə bənzər cisimlərin Yerə doğru hərəkət edərkən nəyə bənzədiyinə dair fikir verib.

Aprel ayında NASA 2024 YR4 asteroidinin 2032-ci ildə Aya dəymə riskini 1,7 faizdən 3,8 faizə qaldırmışdı.

Nazlı Almuradova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью