NASA Ay skafandrı üçün moda evindən məsləhətlər alıb

18.02.2026

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.

NASA-nın layihəsi olan "Artemis" proqramı üçün hazırlanmış "AxEMU" adlanan yeni Ay skafandrı zavod sınaqlarından uğurla keçib və artıq texniki qəbul mərhələsinə təqdim edilib. Astronavtlar üçün yeni Ay skafandrı "Axiom Space" şirkəti tərəfindən hazırlanıb və "Artemis III" kosmik missiyasında istifadə olunacaq.

Reyting.az-ın məlumatına görə, mütəxəssislər bildiriblər ki, bütün detalları nəzərə almaqla, qəbul testləri zamanı hər bir təhlükəsizlik, həmçinin funksionallıq Ay şəraitini imitasiya edən sınaqlar vasitəsilə yoxlanılıb.

"AxEMU"-nin əvvəlki "Apollon" dövrü skafandrlarından daha çevik və hərəkət imkanlarını artıran xüsusiyyətlərə malik olduğu bildilir. Yeni skafandr eyni zamanda uzunmüddətli iş üçün gücləndirilmiş həyat təminatı, eləcə də radiasiya və temperaturdan qorunmaq üçün sistemlərlə təchiz edilib.

NASA mütəxəssislərinin sözlərinə görə, bu qəbul prosesi ilə bərabər, astronavtlar həm də skafandrda yerimə, nümunə toplama və elmi əməliyyatlar üzrə Aydakı şəraiti nəzərə alan xüsusi təlimlər keçiblər. Bütün bunlar başa çatdıqda isə daxili qiymətləndirmələr olacaq və proseslərdən sonra NASA yeni Ay skafandrının kosmik uçuşa tam hazır olub-olmadığını qərar verəcək.

Qeyd edək ki, dizayn mərhələsində "Prada" moda evinin məsləhətlərindən də istifadə olunub.

Oqtay QORÇU


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью