NASA: Blue Origin raketindəki partlayış mühərrik nasazlığı ilə bağlı ola bilər

06.07.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

NASA rəhbəri "Blue Origin" raketində baş verən partlayışın ehtimal olunan səbəbini açıqlayıb

ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsinin (NASA) rəhbəri Cared Ayzekman bildirib ki, "Blue Origin" şirkətinə məxsus "New Glenn" ağır raketində may ayında baş vermiş partlayışın əsas səbəblərindən biri mühərrikdə yaranmış texniki nasazlıq ola bilər.

Onun sözlərinə görə, hadisənin araşdırılması davam edir və ilkin qiymətləndirmələr mühərrik sistemində problem ehtimalını ön plana çıxarır. NASA bu proses çərçivəsində texniki dəstək göstərərək araşdırmalara mütəxəssislər cəlb edib.

Ayzekman qeyd edib ki, "Blue Origin" komandası raketin mühərrikini və buraxılış infrastrukturu ilə bağlı yaranmış problemləri aradan qaldırmaq üzərində işləyir. O əlavə edib ki, təmir və yoxlamalar başa çatdıqdan sonra şirkət raket buraxılışlarını yenidən bərpa etməyi planlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью