NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028 ci ilə planlaşdırır

29.09.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 29 sentyabr, AZƏRTAC

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) rəhbəri Cared İsaakman bildirib ki, “Boeing Starliner” kosmik gəmisinin 2024-cü ildən bəri ilk pilotlu uçuşu 2028-ci ilə planlaşdırılır.

AZƏRTAC NASA-nın məlumatına istinadla xəbər verir ki, buraxılışdan əvvəl agentlik 2027-ci ildə Beynəlxalq Kosmik Stansiyaya (BKS) ekipajsız, ardınca isə pilotlu uçuş həyata keçirməyi planlaşdırır. “Hazırkı planımız astronavtları 2028-ci ilə qədər “Starliner-2”yə qaytarmaqdır”, -deyə İsaakman Floridada keçirilən mətbuat konfransında bildirib.

Astronavtlar Barri Yucin Uilmor və Sunita Uilyams 2024-cü il iyunun 4-də kosmosa buraxılan “Starliner” gəmisində BKS-ə gəliblər. Bu, “Boeing” gəmisinin kosmik stansiyaya ilk ekipajlı buraxılışı idi. Uilmor və Uilyamsın əvvəlcə iyunun 18-nə qədər orbitdə qalması planlaşdırılırdı. Daha sonra BKS ilə birləşmə zamanı bir neçə manevr mühərrikinin sıradan çıxması ilə əlaqədar kosmik gəminin nasazlığı səbəbindən geri dönüş tarixi əvvəlcə iyunun 26-sına, daha sonra isə qeyri-müəyyən müddətə təxirə salınıb.

“Starliner” gəmisi 2024-cü il sentyabrın 7-də göyərtəsində heyət olmadan Beynəlxalq Kosmik Stansiyadan ayrılıb və altı saat sonra Nyu-Meksikodakı “Uayt Sands” sınaq sahəsinə enib. Astronavtlar isə 2025-ci il martın 19-da “SpaceX” şirkətinin “Crew Dragon” gəmisi heyətinin bir hissəsi olaraq Yerə qayıdıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью