Icma.az, Azvision portalına istinadən məlumat yayır.
Məsələ ondadır ki, 1977-ci ildə buraxılmış “Voyager-1” kosmik gəmisi noyabrın 18-də Yerdən 25,9 milyard kilometr, yəni 1 işıq günü məsafəsinə çatacaq. Hazırda “Voyager”in olduğu nöqtədən gəlib Yerə çatmaq üçün işığa 1 sutka vaxt lazımdır.
Bunu qeyd edtmək üçün NASA bütün insanları noyabrın 17-də, axşam gün batandan sonra səmaya doğru Morze əlifbası ilə "V-G-R" siqnalı göndərməyə səsləyib. Siqnalı istənilən işıq məndəyi ilə - fənər, lampa, ən rahatı isə, telefonunuzla göndərmək olar.
Morze kodu ilə VGR siqnalı belə verilir:
V (• • • —): 3 nöqtə, bir tire; yəni 3 qısa, 1 uzun işıq
G (— — •): 2 tire, 1 nöqtə
R (• — •): Nöqtə, tire, nöqtə; yəni qısa, uzun, qısa işıq.
İşi rahatlaşdırmaq üçün NASA xüsusi veb-səhifə hazırlayıb. Ora daxil olursunuz və başqa heç nə lazım deyil - smartfon və ya planşet özü Morze kodu ilə VGR siqnalları verməyə başlayacaq.
Sizdən sadəcə telefonu səmaya tutmaq, 1 dəqiqəlik video çəkmək və NASA-nın hesabını nişanlayaraq, mənim bu videonu paylaşdığım heşteqlərlə paylaşmaq tələb olunur.
Səhifənin qızılı rəngdə olması da təsdüfi deyil, çünki Vogayerdəki məşhur diskin üstünə qızıl suyu çəkilmişdi. Biz aksiyaya qoşulmaqla Yer kürəsinin ətrafında simvolik qızılı işıq dalğası yaratmış olacağıq.
Sözsüz ki, bizim bu siqnallar Voyagerin olduğu nöqtədən görülə bilinməz. Məqsəd bu deyil. Məqsəd budur ki, aksiyaya qoşularaq, Azərbaycanda da elmə, kosmosa marağın olduğunu dünyaya göstərək. Fürsətdən istifadə edərək dostlarla, övladlarımızla Voyager missiyası haqqında danışaq. Özünüzün bunu araşdırmağa vaxtınız, həvəsiniz yoxdursa, mən bir video hazırlayım, onu uşaqlara göstərin. Unutmayaq: bizim kim olduğumuzu həm də maraq göstərdiyimiz mövzular müəyyən edir.
Vüsal Məmmədov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Bunu qeyd edtmək üçün NASA bütün insanları noyabrın 17-də, axşam gün batandan sonra səmaya doğru Morze əlifbası ilə "V-G-R" siqnalı göndərməyə səsləyib. Siqnalı istənilən işıq məndəyi ilə - fənər, lampa, ən rahatı isə, telefonunuzla göndərmək olar.