Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Sosial şəbəkələrdə sevgililər arasında yeni trend yayılıb.
Axşam.az xəbər verir ki, cütlüklərə tanış olduqları gün NASA-nın hansı kosmik görüntünü yayımladığını öyrənmək təklif olunur.
Trendə əsasən, sevgililər ilk dəfə görüşdükləri tarixi NASA-nın “Astronomy Picture of the Day” (APOD) arxivində axtarmalıdırlar. Arxivdə 1995-ci ilin iyunundan etibarən demək olar ki, hər gün üçün ayrıca kosmik görüntü yer alır.
Burada qalaktikalar, dumanlıqlar, planetlər, astrofotoşəkillər və kosmik vizualizasiyalar təqdim olunur. Beləliklə, cütlüklər tanış olduqları günün “kosmik fotosunu” müəyyənləşdirə bilərlər.