NASA işçilərini ixtisar edəcək

14.11.2024

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

NASA-nın işçi qüvvəsinin 5%-i ixtisar ediləcək.

Redaktor.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə NASA-nın "Jet Propulsion Laboratory" (JPL) direktoru Laurie Leşin JPL işçilərə məktub yollayıb.

Bildirilib ki, rəqəmsal olaraq  325 nəfər işdən çıxarılacaq. Leşin etiraf edib ki, gələn il üçün maliyyə əhəmiyyətli dərəcədə azaldığı üçün JPL "kəmərlərini sıxmalıdır". Məlumata görə, ixtisarlar texniki, dizayn, kommersiya və dəstək departamentlərinə təsir edəcək.

Bu, ixtisarların ikinci mərhələsidir: Fevral ayında laboratoriya NASA-nın 2024-cü il büdcəsinə uyğunlaşmaq üçün işçilərinin 8%-ni də ixtisar edib.

Sevinc İBRAHİMZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью