NASA könüllü astronavtlar axtarır

10.07.2026

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) gələcək dərin kosmos missiyalarına hazırlıq məqsədilə Ay və Mars simulyasiyası proqramı üçün dörd könüllü astronavt axtardığını açıqlayıb.

Modern.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, ən tez 2027-ci ilin avqustunda Hyustondakı Conson Kosmik Mərkəzində başlayacaq 12 aylıq proqram zamanı iştirakçılar süni bazada tam təcrid olunmuş şəraitdə yaşayacaqlar.

Bildirilib ki, simulyasiya kosmik səyahəti və Mars səthindəki həyat şəraitini əks etdirəcək, könüllülər isə məhdud sahədə yaşayacaq, ərzaq yetişdirəcək, sağlamlıqlarını izləyəcək və kosmik yürüş məşqləri edəcəklər. Layihənin əsas məqsədlərindən biri uzunmüddətli kosmik missiyalar zamanı insan performansını artırmaq və riskləri minimuma endirməkdir.

Proqram çərçivəsində iştirakçıların Marsın Yer günündən təxminən 40 dəqiqə uzun olan vaxt rejiminə uyğunlaşması da araşdırılacaq.

Müraciət edənlərin 30–55 yaş arasında, ABŞ vətəndaşı və ya daimi yaşayış icazəsinə malik, həmçinin mühəndislik və ya təbiət elmləri sahəsində ali təhsilli olmaları tələb edilir. Bundan əlavə, namizədlər fiziki və psixoloji testlərdən uğurla keçməli, yuxugəzmə problemi və yuxu dərmanlarından istifadə tarixçəsi olmamalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью