NASA: Kosmonavtların idrak qabiliyyəti getdikcə zəifləməyə başlayır! | Icma.az
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
NASA tərəfindən Beynəlxalq Kosmik Stansiyada aparılan yeni bir araşdırma, kosmosda olduqları müddətdə astronavtların idrak qabiliyyətlərinin zəiflədiyini ortaya qoyub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 2000-ci ildən etibarən fəaliyyət göstərən Beynəlxalq Kosmik Stansiyada bu günə qədər həm üzvi, həm də qeyri-üzvi maddələr üzərində çoxlu araşdırmalar aparılıb.
Beləliklə, müxtəlif materialların kosmos şəraitində necə reaksiya verdiyi öyrənilib.
Lakin bəlkə də ən vacib tədqiqat birbaşa astronavtların üzərində aparılan tədqiqatdır.
Uzun müddət stansiyada vaxt keçirən astronavtları ətraflı şəkildə araşdıran alimlər, kosmos şəraitinin insan bədəni üzərindəki təsirlərini öyrənmək imkanı əldə ediblər.
Bu tədqiqatları sürətlə davam etdirən alimlər, qısa müddət əvvəl diqqətəlayiq bir faktı aşkar ediblər.
Kosmosa gedən astronavtlar, orada olduqları müddətdə beyinlərini Yer kürəsində olduğu qədər effektiv istifadə edə bilmirlər.
Tam oxu
Xəbəri oxu