NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib

13.10.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 13 oktyabr, AZƏRTAC

NASA fəza-zaman əyriliyinin yaratdığı nəhəng “kosmik təbəssüm”ün fotoşəkilini yayımlayıb.

AZƏRTAC xəbər verir ki, bu qeyri-adi görüntü NASA və Avropa Kosmik Agentliyi tərəfindən “Hubble” kosmik teleskopundan istifadə edərək çəkilib.

“Daily Mail” qəzetinin məlumatına görə, şəkildə Böyük Ayı bürcündə - Yerdən 4,5 milyard işıq ili məsafədə yerləşən SDSS J1038+4849 qalaktika klasteri təsvir olunub. Fotoşəkildə iki parıldayan narıncı göz, ağ düyməli burun və əngin fəzada uzanan geniş, parıldayan təbəssüm aydın şəkildə görünür. NASA bunu belə izah edir: “Bu “xoşbəxt üz” - iki göz çox parlaq qalaktikalardır və yanıldıcı təbəssüm xətləri əslində güclü cazibə linzası kimi tanınan bir effektin yaratdığı qövslərdir”.

Qalaktika klasterləri kainatdakı ən nəhəng obyektlər arasındadır. Onlar yüzlərlə fərdi qalaktikanı ehtiva edir və fəza-zamanını öz ətraflarında bükən güclü cazibə qüvvəsini tətbiq edir.

Albert Eynşteyn tərəfindən əvvəlcədən proqnozlaşdırılan bu effekt uzaq obyektlərdən gələn işığın optik linzadan keçərkən sınması deməkdir. Bu, nadir hallarda şüalanan səmavi təbəssüm kimi görünə bilən və Eynşteyn halqası kimi tanınan möhtəşəm bir dairə yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью