Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Trampın fərmanından sonra işə qayıdan NASA əməkdaşları qərargahlarında tarakan hücumu və masa çatışmazlığı ilə üzləşiblər.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Yanvarın 20-də, inauqurasiyadan sonra Tramp pandemiyadan sonra onlayn fəaliyyət göstərən bütün federal işçilərə ofislərinə qayıtmağı əmr edən sərəncam imzaladı.
NASA-nın ABŞ paytaxtında yerləşən qərargahının əməkdaşları ötən ay işə qayıdanda ofislərinin döşəmələrində tarakanlar və başqa həşəratlarla qarşılaşıblar. Agentlik həmçinin yazıb ki, masa çatışmazlığı səbəbindən əməkdaşların çoxu ayaqüstə işləməli olub.