NASA nın Kosmik Tədqiqatlar İnstitutu qərargahını itirəcək Bloomberg

25.04.2025

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Goddard Kosmik Tədqiqatlar İnstitutunun 50 ildən çox yerləşdiyi binanın icarə müqaviləsini ləğv etmək qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi NASA-nın mətbuat katibi Bethany Stevensin məktubuna istinadən məlumat yayıb.

"NASA, Tramp administrasiyası tərəfindən federal lizinq proqramlarını nəzərdən keçirdiyi üçün binadan imtina etmək qərarına gəldi", - deyə Stevens qeyd edib. İnstitutun əməkdaşları may ayının sonuna kimi binanı tərk etməlidirlər. Bildirilir ki, bu, işin tam dayandırılması deyil, çünki işçilər uzaqdan işləməyə davam edəcəklər.

NASA Goddard Kosmik Tədqiqatlar İnstitutu 1961-ci ildə yaradılıb. Kosmik Uçuşlar Mərkəzinin bir hissəsidir. Onun tədqiqat proqramları təbii və antropogen pozğunluqların ətraf mühitə və Yer kürəsinin yaşayış qabiliyyətinə təsirinə yönəlib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью