Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
“NASA”nın “Artemis II” raketinin buraxılışı zamanı Yer atmosferində 5 min kilometr genişliyində iki elektromaqnit boşluğu yaranıb. Bu dəyişiklik GPS siqnallarında bir neçə metrlik xətalara səbəb olub.
“Bakupost” xarici KİV-lərə istinadən xəbər verir ki, Tayvanın Milli Çenq Kunq Universitetinin alimləri raketin ionosfer qatında pozuntu yaratdığını müəyyən ediblər.
Araşdırmanın həmmüəllifi, professor Çarlz Lin bildirib ki, bu cür xətalar pilotsuz uçuş aparatlarına və avtonom avtomobillərə təsir göstərə bilər.
Vüsalə Hüseynova,
BakuPost