NASA rəhbəri “Starship”in hər həftə buraxılacağını proqnozlaşdırır

29.08.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 avqust, AZƏRTAC

ABŞ-nin “SpaceX” şirkəti 2027-ci ildən etibarən “Starship” kosmik sisteminin sınaq uçuşlarını, demək olar ki, hər həftə həyata keçirəcək.

AZƏRTAC xəbər verir ki, bunu NASA rəhbəri Cared Ayzekman “Fox News” telekanalının efirində bildirib. O, həmçinin “SpaceX” şirkətinin Aya enmə modulunun yaradılması üzərində işlədiyini qeyd edib.

Layihəni hazırlayan şirkətin planlarına əsasən, “Starship” kosmik sistemi universal olacaq və müxtəlif versiyalarda Yerətrafı orbit üçün uçuşlar, peyklərin orbitə çıxarılması, Aya, Marsa, habelə daha uzaq göy cisimlərinə missiyalar üçün istifadə edilə biləcək. Nəzərdə tutulub ki, təkrar istifadə oluna bilən “Super Heavy” daşıyıcı raket və “Starship” şaquli eniş həyata keçirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью