NASA rekord məsafədən radio siqnalı qəbul edib

20.11.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

NASA-nın “Voyager 1” kosmik aparatı Yer kürəsindən təxminən 25,9 milyard kilometr məsafədə fəaliyyətini davam etdirir. Kosmik aparatın göndərdiyi radio siqnalının Yerə çatması təxminən 24 saat çəkir.

“Cebheinfo.az” xəbər verir ki, bu məsafə “Voyager 1”i insan tərəfindən yaradılmış və Yer kürəsindən ən uzaqda yerləşən kosmik obyektlərdən birinə çevirir.

1977-ci ildə kosmosa buraxılan “Voyager 1” artıq onilliklərdir ki, Günəş sisteminin hüdudlarından kənara doğru hərəkət edir. Aparat 2012-ci ildə ulduzlararası fəzaya daxil olub və bununla da Günəşin təsir dairəsinin sərhədlərini keçib.

Kosmik aparatla Yer arasındakı böyük məsafə məlumat mübadiləsini də xeyli çətinləşdirir. Belə ki, Yerdən göndərilən radio siqnalının “Voyager 1”ə çatması təxminən 24 saat, aparatın cavabının Yerə qayıtması isə daha 24 saat vaxt aparır.

Bu isə o deməkdir ki, kosmik aparatla qarşılıqlı əlaqə üçün ümumilikdə təxminən iki gün gözləmək lazım gəlir.

Qeyd edək ki, “Voyager 1” NASA-nın ən uzunömürlü kosmik missiyalarından biridir.

Missiya vasitəsilə insanlıq Günəş sistemi, planetlər və ulduzlararası fəza haqqında mühüm elmi məlumatlar əldə edib.

“Cebheinfo.az”
 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью