NASA yenə də yüzlərlə əməkdaşını ixtisar etdi Nə baş verir?

21.11.2024

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) növbəti dəfə kütləvi ixtisarlar edib.

Publika.az xəbər verir ki, bu dəfə Kaliforniyadakı məşhur Jet Propulsion Laboratory (JPL) işçi qüvvəsinin azaldılmasından ən çox təsirlənən bölmə olub.

JPL 325 işçisi ilə yollarını ayıracağını açıqlayıb.

Bu rəqəm laboratoriyanın ümumi işçi qüvvəsinin təxminən 5 faizinə uyğundur. Bu il ikinci dəfə belə bir addım atan JPL fevral ayında büdcənin kəsilməsi səbəbindən 530 işçisini işdən çıxarıb.

JPL direktoru Laurie Leshin işçilərə yazdığı məktubda bunları söyləyib: "Ümid edirdim ki, bu mesajı yazmalı olmayacağam. Bununla belə, azaldılmış büdcələrə və qarşıdakı iş yükü proqnozlarına əsaslanaraq, bütün miqyasda qənaət tətbiq etməli olduq”.

Aysel Şahmar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью