NASA Yer kürəsindən kənarda həyatın axtarışlarını davam etdirəcək

05.04.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Yer kürəsindən kənarda həyatın axtarışı NASA-nın əsas missiyalarından biri olaraq qalır.

"Ölkə.az" xəbər verir ki, bu barədə NASA-nın administratoru Cared İsaakman "Politico"ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, NASA mümkün həyat əlamətlərini tapmaq üçün ekzoplanetləri və onların atmosferini öyrənmək məqsədilə Ceyms Vebb Kosmik Teleskopu da daxil olmaqla, müasir kosmik cihazlardan istifadə edir.

"Yer kürəsindən kənarda həyatın axtarışı NASA-nın əsas missiyalarından biri olaraq qalır."

ABŞ kosmik agentliyinin rəhbəri qeyd edib ki, axtarışlar kosmosda ikinci həyatın olub-olmadığını öyrənməyə kömək edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью