“NASA”dan tarixi hədəf: İnsanlar 2028 ci ildə Aya qayıda bilər

26.10.2026

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


“NASA” astronavtları 2028-ci ildə Ay səthinə endirmək məqsədilə “Artemis” proqramının planlarını dəyişib.

“Bakupost” xarici KİV-lərə istinadən xəbər verir ki, 2027-ci ildə keçiriləcək “Artemis III” missiyası çərçivəsində “Orion” kosmik gəmisi ilə “SpaceX” və “Blue Origin” şirkətlərinin Ay eniş aparatları arasında birləşmə sınaqları aparılacaq.

“SpaceX”in planında kosmosda yanacaq doldurulması ilə bağlı qeyri-müəyyənliklər qalır. “NASA” mütəxəssisləri bunun üçün təxminən 22 əlavə uçuşun lazım ola biləcəyini bildirsələr də, Elon Musk 6–8 uçuşun kifayət edəcəyini düşünür.

“Blue Origin” isə Ay eniş aparatını hazırlamaq üçün “New Glenn” raketi ilə dörd buraxılış həyata keçirməyi planlaşdırır.

“NASA” 2028-ci ildə “Artemis IV” missiyası ilə astronavtları Ayın cənub qütbü yaxınlığında endirməyi hədəfləyir. Missiya uğurlu olarsa, 1972-ci ildən sonra insanlar ilk dəfə Ay səthinə qayıdacaqlar.

Vüsalə Hüseynova,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью