Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Orta təhsilini Cəlilabad şəhəri səkkiz saylı Texniki və Humanitar fənlər təmayüllü məktəb-liseydə alıb.
2005-ci ildə Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Geofizika ixtisasına qəbul olub.
Bakalavr pilləsində təhsil aldığı dövrdən Geologiya və Geofizika İnstitutunda böyük laborant olaraq fəaliyyətə başlayıb.
2011-ci ildə BDU-nun Seysmologiya və seysmometriya ixtisaslaşması üzrə magistr adını qazanıb.
Magistraturanın sonuncu tədris ilində DAAD mübadilə proqramının qalibi kimi tədqiqat işini Almaniya Yer Elmlər Mərkəzində aparıb.
2015-2019-cu illərdə Çin Milli Elmlər Akademiyası Universiteti Şanxay Astronomiya rəsədxanasını bitirib.
Çin Elmlər Akademiyasında Kosmik Geodeziya və Geodinamika üzrə doktorantura təhsili alıb.