Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Elmi konfransının plenar iclası keçirilib Bu günlərdə Sumqayıt Dövlət Universitetində (SDU) Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransının (NASCO XXVII) plenar iclası baş tutub.
Konfransda elm və təhsil naziri Emin Əmrullayev, bir sıra nüfuzlu ali məktəblərin rektorları, tanınmış alimlər, gənc tədqiqatçılar iştirak ediblər.
287 tezisdən 251-i qəbul olundu Konfransda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev 27-ci dəfə keçirilən konfransın gənc alimlərə böyük imkanlar yaratdığını vurğulayıb.
Nazir bildirib ki, hazırda müasir təhsil infrastrukturunun yaradılması, universitetlərdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi bu sahədəki əsas prioritetlərdəndir.
Plenar iclasdan sonra konfrans öz işini bölmələr üzrə davam etdirib. Konfransa 287 tezis daxil olub, onlardan 251 tezis qəbul olunub.
Elmimizin gəncləşməsinə ehtiyac var Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan elminin gəncləşməyə böyük ehtiyacı var.
Nazirin sözlərinə görə, akademik dürüstlük olarsa, akademik nailiyyətlər də daha yaxşı olacaq: “Dürüst insan başqasının əməyini oğurlayıb öz əməyi kimi təqdim etmirsə, bu, çox böyük akademik nailiyyətdir.