“Nasional” “Porto” matçı duman səbəbindən ləğv edilib

04.01.2025

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Futbol üzrə Portuqaliya çempionatının 17-ci turunun “Nasional” - “Porto” matçı duman səbəbindən ləğv edilib.

“Report” xəbər verir ki, bu barədə “Porto”nun mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma 15-ci dəqiqədə 0:0 hesabı ilə dayandırılıb. Bir saatdan çox vaxt keçdikdən sonra hava dəyişmədiyi üçün matçın bitməsi barədə qərar verilib.

Oyunun taleyi daha sonra müəyyənləşəcək.

“Porto” 40 xalla Portuqaliya çempionatının turnir cədvəlində ikincidir. “Nacional” klubu isə 13 xalla 15-ci pillədə qərarlaşıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью