Nasist salamı verdilər, xidmətdən uzaqlaşdırıldılar

20.08.2025

Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Beş Kanada hərbçisi, nasist salamı verdikləri üçün müvəqqəti olaraq xidmətdən uzaqlaşdırılıb. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kanada Quru Qoşunlarının komandanı, general-leytenant Mayk Rayt CBS-ə açıqlamasında bildirib.

“Videoda müəyyən bir anda bəzi şəxslər nasist salamı verir. Hərçənd mənə bildirilib ki, bu hadisə 2023-cü ildə baş verib, bu hərbçilər inzibati və intizam cəzasına məruz qalacaq”, – deyə Rayt qeyd edib.

O əlavə edib ki, bu insident nəticəsində həmin hərbçilər ordudan xaric edilə bilərlər. Lakin xəbərdə vurğulanır ki, videodakı gənclərin fəaliyyət göstərən hərbçilər, yoxsa ehtiyatda olanlar olduğu hələ də dəqiqləşməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью