Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi Səbəb

03.08.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Nyu York Universitetinin professoru və “Qara qu” kitabının müəllifi Nassim Taleb Azərbaycanda mühazirə oxumaqdan imtina edib.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, N.Taleb Azərbaycana gəlməməsini hərbi cinayətləri sübuta yetirilmiş erməni separatçı Ruben Vardanyanın həbsi ilə əlaqələndirib.

“Ruben Vardanyan orada həbsdə olduğu müddət Azərbaycana getməyəcəm”, - Taleb bildirib.

Qeyd edək ki, N.Talebin Ruben Vardanyanla əlaqələri olduğu bildirilir. Onun “Qara qu” kitabı Azərbaycanda da nəşr edilib.

Detalları bir qədər sonra təqdim edəcəyik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью