Nasyonal Portu oyunu bu səbəbdən yarımçıq qaldı

04.01.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

Portuqaliya çempionatının XVII turu çərçivəsində keçirilən “Nasyonal” – “Portu” qarşılaşması qatı duman səbəbindən yarımçıq qalıb.

Fanat.Az xəbər verir ki, 15-ci dəqiqədə, hesab 0:0 olarkən dayandırılıb. Bir saatdan çox vaxt keçdikdən sonra hava dəyişmədiyi üçün matç ertələnib. Oyun barədə daha sonra qərar veriləcək.

“Portu” 40 xalla Portuqaliya çempionatının turnir cədvəlində ikincidir. “Nasyonal” isə 13 xalla 15-ci pillədə mövqe tutub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью