Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Məşhur amerikalı aktrisa, "Qara qu quşu" filminin baş qəhrəmanı Natali Portman üçüncü dəfə ana olub.
Qaynarinfo xəbər verir ki, "People" nəşrinin məlumatına görə, 45 yaşlı ulduz övladını avqust ayında Parisdə dünyaya gətirib. Lakin aktrisa hələlik çoxuşaqlı ana olması barədə xəbərləri şərh etməyib.
İddialara görə, Natali Portman və onun sevgilisi, fransalı prodüser Tanqi Detabl körpə ilə gəzintidə görüntüləniblər. Uşağın adının nə olduğu isə hələlik məlum deyil.
Aktrisa daha əvvəl bu hamiləliyin onun üçün sakit keçdiyini bildirib.
"Gənclikdə hər zaman dərk etmədiyin bir minnətdarlıq var... Həmçinin sakitlik və özünü dərk etmək hissi var: vaxtımı kiminlə keçirmək istəyirəm, yanımda hansı enerjini görmək istəyirəm, bu təcrübəni hər gün bu qədər gözəl edən nədir. Və bunun yəqin ki, sonuncu dəfə olduğunu bildiyim üçün hər anın qədrini bilirəm", deyə ulduz qeyd edib.
Portmanın artıq 15 yaşlı Alef adlı oğlu və 9 yaşlı Amaliya adlı qızı var. Onların atası fransalı rəqqas Benjamen Milpye ilə aktrisa 2024-cü ildə boşanıb. Ayrılığa səbəb kişinin xəyanəti olub.
Natali Portman və Tanqi Detablın münasibəti barədə ötən ildən məlumat yayılıb. Bununla belə, cütlük şəxsi həyatının təfərrüatlarını nadir hallarda ictimaiyyətlə bölüşür.
Aydın