Natalya Koçanova Bakıdadır

18.02.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, Belarus Milli Assambleyası Respublika Şurasının nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis sədrinin müavini Musa Qasımlı, Belarusla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə, səfirlər Məhərrəm Əliyev, Dmitriy Pineviç və digər rəsmi şəxslər qarşılayıblar.

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova ölkəmizə rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, bundan əlavə, Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью