Natanyahu ABŞ dən narahat qayıdıb: ƏMİN DEYİL

30.07.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“İsrail hakimiyyəti ABŞ rəhbərliyinin İranla münaqişənin həlli və ya genişmiqyaslı hərbi əməliyyatların bərpası üçün aydın strategiyasının olmamasından narahatdır”.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Associated Press” (AP) İsrail mənbələrinə istinadən yazır.

Agentliyin məlumatına görə, İsrail rəhbərliyi ABŞ Prezidenti Donald Trampın 3 noyabr 2026-cı il tarixli ara seçkilərə qədər aydın nəticələr əldə etmək perspektivi olmadan bu müharibəni  qızğın formada davam etdirəcəyindən qorxur.

Bundan əlavə, İsrail neft qiymətlərinin artması və ABŞ raket ehtiyatlarının tükənməsi səbəbindən ABŞ-nin İrana qarşı hərbi əməliyyatları məhdudlaşdırmaq istəyindən narahatdır.

Bununla belə, 28 iyulda Trampla görüş zamanı Baş naziri Benyamin Netanyahu Amerika liderini İran məsələsində ABŞ-nin xarici siyasətini izləyəcəyinə və Vaşinqtonun qərarlarını dəstəkləyəcəyinə əmin edib.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью