Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"ABŞ İsrailə İranla danışıqlar zamanı iki ölkənin ortaq məqsədlərinə sadiq qalacağına zəmanət verib".
"Cebheinfo.az" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bu barədə "The Times of Israel" qəzetinə deyib.
Baş nazir nəşrin istinad etdiyi açıqlamada bildirib: "ABŞ İsrailə qarşıdakı danışıqlar zamanı ABŞ, İsrail və regional müttəfiqlərin ortaq məqsədlərinə çatmaq öhdəliyini verib".
Bundan əlavə, İsrail Trampın İrana hücumları dayandırmaq qərarını dəstəkləyir.
"İsrail Prezident Trampın İrana hücumları iki həftə müddətinə dayandırmaq qərarını dəstəkləyir, İranın dərhal Hörmüz boğazını açması və ABŞ, İsrail və region ölkələrinə qarşı bütün hücumları dayandırması şərti ilə",- deyə Netanyahu açıqlamasında bildirib.
O əlavə edib ki, İsrail, həmçinin ABŞ-nin "İran təhdidini" neytrallaşdırmaq səylərini yüksək qiymətləndirir.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin