Natavan Həbibi bacısını axtarır

24.11.2024

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müğənni Natavan Həbibi atasının birinci evliliyindən olan qızını axtarır.

Sfera.az Axşam.az-a istinadla xəbər verir ki, bu haqda sənətçi "Zaurla Günaydın" verilişində danışıb.

O bildirib ki, bacısı Argentinada yaşayır və illərdir onu görməyib:

"Anamla ailə qurmamışdan əvvəl onun bir ailəsi olub. Onun ilk evliliyindən isə bir qızı doğulub. Atam anamdan ayrılandan sonra yenidən o ailəsinə qayıtmışdı. O qadın rus idi. Ögey bacım hazırda Argentinada yaşayır. Bizim onunla heç bir münasibətimiz yoxdur. Mən hər zaman istəmişəm ki, biz ünsiyyət quraq. Onu axtarmışam. Onun adı Alla Muradovadır. O istəsəydi, özü bizi tapardı. O, hər zaman bizi özündən qovurdu, istəmirdi bizimlə münasibəti olsun. Amma mən hər zaman istəmişəm ki, böyük bacı kimi bizə yaxın olsun".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью