Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müğənni Natavan Həbibi yeni imici ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında fərqli görünüşdə videosunu paylaşaraq izləyicilərinin qarşısına çıxıb. O, bu dəfə saçlarını əvvəlkindən daha qısa kəsdirib.
Uzun müddət saçlarında qaynaqdan istifadə edən və əsasən uzun saç stilinə üstünlük verən Natavan Həbibi yeni seçimində qısa saç modelinə keçib.
Müğənninin yeni görünüşü sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. Paylaşım qısa zamanda müxtəlif reaksiyalarla qarşılanıb.
Qeyd edək ki, Natavan Həbibi son dövrlərdə əvvəlki illərlə müqayisədə şou-biznes gündəmində daha az görünür.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)