Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Xalq artisti Röya Ayxan və müğənni Elnur Məmmədov həmkarları Natavan Həbibinin anası Nərgiz xanımın doğum günündə bir araya gəliblər.
Axşam.az xəbər verir ki, sənətçilər ailə məclisində doyunca əyləniblər. Onlar birlikdə rəqs edib, mahnı oxuyub və gecədən xatirə fotoları çəkdiriblər.
E.Məmmədov məclisdən görüntüləri sosial media hesabında paylaşaraq əyləndikləri anları nümayiş etdirib.
Röya isə “Dostlar bir arada, ailə məclisində. Dostlar harada olmalıdır?” sözlərini yazıb.