Natəvan Dəmirçioğlunun “Açar” romanı təqdim edildi

02.03.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi, Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemi, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun təşkilatçılığı ilə görkəmli yazıçı Natəvan Dəmirçioğlu ilə görüş və onun yeni nəşr olunan, I, II Qarabağ savaşına həsr olunan “Açar” romanının təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, millət vəkillərinin, ziyalıların, ictimai xadimlərin, yazarların, kitabsevərlərin, oxucuların, ictimayyət nümayəndələrinin iştirak etdiyi tədbirdə müəllifin qələm yoldaşları əsər haqqında fikirlərini bildirdilər, oxucular təssüratlarını bölüşdülər və müəllifə suallarını ünvanladılar.

Görüşdə iştirak edən musiqiçilər tədbirə rəng qatdı. Əlavə olaraq Bakı Dövlət Universitetinin müəllim və tələbə heyətinin yazıçının tədbirinə hədiyyə kimi hazırladıqları çarx yüksək marağa səbəb oldu.

Dilşad Məmmədəliyeva,

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью