Icma.az, Kulis.az saytına istinadən bildirir. Kulis.az Sevinc Mürvətqızının kinorejissor, aktyor və prodüser Natiq Axundla müsahibəsini təqd
– Söhbətə rəhbəri olduğunuz "Qaçan Atlar Production"ın yaranması tarixçəsindən başlayaq.
Bu kino şirkətini yaradana qədər keçdiyiniz yaradıcılıq yolundan qısaca bəhs edərdiniz və prodakşn adını haradan alır?
– Hələ Lənkəran Dövlət Universitetinin tarix fakültəsində oxuduğum illərdə həmişə fikrim incəsənətdə, kinoda olub.
Universitetdə bir KVN komandamız (Şən və Hazırcavablar Klubu – red.) vardı, orada komandanın kapitanı idim.
Tarix maraqlıdır, amma özümü daha çox kino sahəsinə aid hiss edirdim.
1998-ci ildə elə universiteti bitirdiyim il, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq ixtisasına daxil olmuşam, rejissor Eldar Quliyevdən dərs almışam.
Elə həmin vaxtdan rejissorluq sənəti üzrə fəaliyyət göstərməyə başlamışam, televiziya və serial rejissoru, layihə rəhbəri, aparıcı kimi çalışmışam.